Prezident general-mayoru rütbəsindən məhrum edib
Ədliyyə general-mayoru Tofiq Etibar oğlu Həsənov ali xüsusi rütbəsindən məhrum edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının imzaladığı sənəddə deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatını əsas götürərək qərara alıram:
Tofiq Etibar oğlu Həsənov ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və "Vətən uğrunda" medalından məhrum edilsin".
Oxşar xəbərlər
Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib
Vyetnam Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir. BAKU.WS xəbər verir ki, bunu Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan Bak...