Prezident Ermənistanın Hadrutu yenidən işğal etmək cəhdindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
"Bir neçə dəfə Hadrutu yenə işğal altına salmaq üçün onlar çabalar xərcləyirlər. Mənə bu səhər verilən məlumata görə, bu gecə böyük bir qrup, Ermənistandan gəlmiş özəl komando qrupları Hadrutu yenidən işğal etməyə çalışırdılar. Halbuki, strateji nöqteyi nəzərdən bunun Ermənistan üçün o qədər də böyük önəmi yoxdur".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Türkiyənin “Haber Global” televiziya kanalına verdiyi müsahibədə deyib.
Dövlət başçısı bildirib ki, sadəcə olaraq gedib orada selfi çəkdirmək, yaxud da ki, öz əhalisinə rapor vermək üçün bunu edirlər:
"Azərbaycan ordusu o qrupu etkisiz hala gətirdi və orada bu gecə Ermənistanın verdiyi qurbanlar sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır".
Oxşar xəbərlər
Prezident Cinayət Məcəlləsində dəyişiklikləri təsdiqlədi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. BAKU.WS xəbər verir ki, sənədə əsasən, Cin...