Prezident: Əhalinin 4 milyon 200 min nəfəri geniş sosial paketlə əhatə olundu
"Ölkəmizdə investisiya iqlimi çox müsbətdir və qoyulan sərmayənin həcmi bunu əyani şəkildə göstərir. Son 15 il ərzində Azərbaycanda iqtisadi artım çox sürətlə gedib, deyə bilərəm ki, iqtisadiyyat üç dəfədən çox artıb".
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Ukrayna biznes forumunda çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, Azərbaycanda ümumi daxili məhsul 300 faizdən çox artıb.
"Bu, imkan verdi ki, biz həm iqtisadi gücümüzü artıraq, həm də infrastruktur layihələrini icra edək. Əgər 15 il bundan əvvəl yoxsulluq təxminən 50 faiz səviyyəsində idisə, bu gün bu, 5 faiz səviyyəsindədir. Yəni, bu, onu göstərir ki, təbii resurslardan əldə edilmiş gəlirlər cəmiyyətdə bərabər şəkildə bölünür və cəmiyyətin hər bir təbəqəsi bundan fayda görür".
İlham Əliyev həmçinin qeyd edib ki, bu il hökumət çox ciddi sosial paket təqdim etdi.
"Əhalimizin təxminən yarısı – 4 milyon 200 min nəfər geniş sosial paketlə əhatə olundu, minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz, bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər isə 100 faiz artırıldı və Azərbaycan dövləti öz siyasətinin mahiyyətini bir daha göstərdi. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və biz əldə edilmiş əlavə gəlirləri ilk növbədə sosial layihələrə yönəldirik. Eyni zamanda, təbii ki, infrastruktur layihələri də önəmli yer tutur.
Oxşar xəbərlər
İlham Əliyev: "Azərbaycan dövləti öz vətəndaşının yanındadır" - VİDEO
Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və b...