Prezident: "Əgər sülh sazişi imzalansa, Qafqazda sülh davamlı olacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanın təklifi əsasında Ermənistan, nəhayət ki, sərhədimizin delimitasiyası prosesinə başlamaq üçün Azərbaycanla birgə işçi qrupları yaratmağa razılaşıb”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə deyib.
“Əgər sülh sazişi imzalansa - əsas prinsiplər məlumdur - o zaman Qafqazda sülh davamlı olacaq. Bizim istədiyimiz budur. Bizim göstərdiyimiz və bəyan etdiyimiz Qafqazda sülhün bərqərar olması iradəmizin bariz nümunəsidir”, - dövlət başçısı bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...