Prezident: Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil

06
noy
2018
09:47
"Bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür".BAKU.WS-in məlumatına görə, bu sözləri prezident İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərkən söyləyib. Dövlət başçısı qeyd edib ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir: "Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq. Əlbəttə, bizim incəsənətimizin ənənəvi növləri, o cümlədən muğam sənəti bu sahədə xüsusi rol oynayır".BAKU.WS
Oxşar xəbərlər
Prezident: Ermənistan işğal edilmiş torpaqlarımızdan öz işğalçı qüvvələrini çıxarmalıdır
Ermənistanın yeni rəhbərliyi işğal edilmiş torpaqlarımızdan öz işğalçı qüvvələrini tezliklə danışıqlar yolu ilə çıxarmalıdır.Bunu Prezident İlham Əliyev Ağdam M...
