Prezident: “Biz elə bir istiqamətdən daxil olduq ki, onlar heç bunu gözləmirdi”
Yeniliklərdən dərhal xəbərdar olun
“Son 30 il ərzində düşmən müdafiə xəttini çox gücləndirmişdi”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı keçirilən mətbuat konfransı zamanı bildirib.
“Xüsusilə Füzuli istiqamətində bir neçə xətt müdafiə istehkamları var idi. Həmçinin atış mövqeləri də yaradılmışdı. Hətta onların öz istehkamlarına daxil olduqda həmin yerlər də hədəfə alınmışdı ki, biz həmin səngərlərə daxil olduqda onlar atəş açsınlar. Onlarda bir növ əminlik yaranmışdı. Bizim hərbçilərin ora daxil olması sözün əsl mənasında qəhrəmanlıqdır.
Əfsuslar olsun ki, hərbçilərimiz arasında da az itki olmadı. Amma biz o müdafiə xəttini yarmalı idik. Biz bilirdik ki, hərbçilərimiz hansı tərəfdən daxil ola bilərlər. Onlar (ermənilər) hətta indi də bir-birindən soruşurlar ki, Şuşa şəhərinə necə daxil olmuşuq? Biz elə bir istiqamətdən daxil olduq ki, onlar heç bunu gözləmirdi. Təbii ki, bu, qəhrəmanlığın, şücaətin, Azərbaycan xüsusi təyinatlılarının mübarizliyinin nümunəsidir”, - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...