Prezident: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi"
"107 il bundan əvvəl Azərbaycanda müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılıb. Bu, böyük tarixi hadisə idi".
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.
Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün uzun olmadığını, 1920-ci ilin aprelində müstəqilliyimizin əlimizdən alındığını vurğulayan dövlətimizin başçısı bildirib ki, ondan bir neçə ay sonra Qərbi Zəngəzur bölgəsi Azərbaycandan ayrılıb Ermənistana birləşdirilib:
"Bu, böyük ədalətsizlik idi və Azərbaycan xalqı buna oxşar ədalətsizliklərlə tarix boyu üz-üzə qalıb".
Oxşar xəbərlər
Naxçıvanın dron hücumuna məruz qalması dünya mediasının diqqət mərkəzində
"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə bildirilib ki, İsveçin "Agenda Nexus" analitik platformasında bölgədə artan gərginlik...