Prezident: "Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb"
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Avropanın enerji bazarına qaz ixracını artırıb”.
BAKU.WS xəbər verir ki, bunu Prezident İlham Əliyev Münhendə Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer ilə görüşündə bildirib.
Dövlətimizin başçısı, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpa olunan enerji potensialına malik olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırıb, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 giqavatadək bərpa olunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğulayıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...