İlham Əliyev: Ağdam şəhəri və rayonun bütün kəndləri mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı

İlham Əliyev: Ağdam şəhəri və rayonun bütün kəndləri mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı
Siyasət 100

Xirosima atom bombası nəticəsində viran qoyulmuşdu, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar.

Bunu Prezident İlham Əliyev Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında deyib.

Dövlət başçısı bildirib ki, Ağdam şəhəri, rayonun bütün kəndləri mənfur düşmən tərəfindən tamamilə dağıdılmışdı, bir dənə də salamat bina qalmamışdı:

"Bu, bir daha düşmənin xislətini göstərir, bizə tamamilə əsassız olan düşmənçiliyi göstərir. Təsadüfi deyil ki, bəzi xarici ekspertlər, jurnalistlər Ağdama səfər edərkən öz təəccübünü və hətta hiddətini gizlədə bilmirlər. Çünki uzun illər işğal dövründə xarici vətəndaşlar Ağdam bölgəsinə, Ağdam şəhərinə, şəhərdən qalan o yerlərə gələ bilmirdilər. İşğala son qoyulandan sonra həm Azərbaycan vətəndaşları, həm xarici qonaqlar gəlməyə başladılar və gördülər ki, biz hansı düşmənlə üz-üzə idik".

Prezident qeyd edib ki, işğal dövründə şəhər tamamilə sökülüb, yerlə-yeksan edilib və Ağdamı "Qafqazın Xirosiması" adlandırırlar:

"Amma fərq ondadır ki, Xirosima atom bombası nəticəsində viran qoyulmuşdur, Ağdamı isə 30 il ərzində oğrular, talançılar, erməni talançılar sökərək daşlarını da aparıb müxtəlif yerlərdə satırdılar. Yəni, bu, misli görünməmiş vəhşilikdir. Mən bunu dəfələrlə demişdim, erməni faşizmi faşizmin ən yüksək nöqtəsidir. Biz Ağdamı yenidən qururuq və quracağıq".

Son xəbərlər