Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcək

Prezident: 74-cü Beynəlxalq Astronavtika Konqresi Azərbaycanda kosmos sənayesinin inkişafına töhfə verəcək
Siyasət 6

Bu gün Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayesinin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcəkdir.

BAKU.WS xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında deyib.

Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib:

“Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib”.

Son xəbərlər