Polşadan Ukraynaya yeni müqavilə TƏKLİFİ

22
may
2022
18:58
Polşa prezidenti Anjey Duda Ukraynaya mehriban qonşuluq haqqında yeni saziş bağlamağı təklif edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Ukrinform" məlumat yayıb.
"Əminəm ki, mehriban qonşuluq haqqında yeni müqavilə bağlamağın vaxtı çatıb", - Polşa lideri bildirib.
Bundan əlavə, Duda hesab edir ki, Ukrayna və Polşa arasında avtomobil, dəmir yolu və infrastruktur kommunikasiyaları şəbəkəsi zəif inkişaf edib. O, əlavə edib ki, iki ölkə arasındakı sərhəd bölünməməlidir, əksinə birləşməlidir.
Oxşar xəbərlər
Polşa Prezidenti Ukraynaya səfər edib
Polşa Prezidenti Anjey Duda Ukraynaya səfər edib. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə respublika Prezidentinin rəsmi saytında məlumat verilib....