Polşada yoluxucu xəstəlik 8 nəfərin ölümünə səbəb olub
Yeniliklərdən dərhal xəbərdar olun
Polşanın Jeşuv şəhərində "legionellyoza" (legioner xəstəliyi) adlandırılan yoluxucu xəstəlikdən ən azı 8 nəfər ölüb.
"Report" xəbər verir ki, bu barədə Polşanın "Polsat" telekanalı məlumat yayıb.
Ümumilikdə indiyədək legionellyoz əlamətləri ilə 113 nəfər xəstəxanaya yerləşdirilib.
Jeşuv və ona yaxın ərazilərdə legionellyozun yayılması ilə əlaqədar yerli hakimiyyət orqanları tərəfindən böhran qərargahı yaradılıb.
Qeyd edək ki, xəstəlik “legionella” bakteriyaları vasitəsilə yayılır. Hələ ki, yoluxmanın əsas yayıcısı kimi su xətləri göstərilir. Avqustun 28-də Jeşuvda yeraltı kommunikasiyaların dezinfeksiyası məqsədilə kütləvi tədbirlərə başlanılacaq.
Oxşar xəbərlər
Polşaya raketlərin düşməsi fonunda Baş nazir Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb - YENİLƏNİB
Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb. Bu, Polşada iki ra...