Polşada silah zavodunda partlayış baş verib

Polşada silah zavodunda partlayış baş verib
Siyasət 58

Polşanın Skarzysko-Kamienna şəhərindəki "Mesko" silah zavodunda partlayış baş verib.

Bu barədə "RMF24" radiostansiyası məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, hadisə zamanı bir nəfər yaralanıb. Partlayışdan sonra yanğın başlayıb.

Zavodun direktoru Elzbieta Sreniawska bildirib ki, bir neçə il əvvəl istifadəyə verilmiş raket yanacağı mərkəzində partlayış qeydə alnıb.

Hadisə yerində yanğınsöndürənlər və polis işləyir.

Son xəbərlər