Polşa Belarusla sərhəddə hündürlüyü 2,5 metr olan sədd çəkəcək

Polşa Belarusla sərhəddə hündürlüyü 2,5 metr olan sədd çəkəcək
Siyasət 78

Polşa Belarusla dövlət sərhədini möhkəmlətmək qərarına gəlib. Buna səbəb son zamanlar Belarusdan ətraf ölkələrə qanunsuz miqrant axınının kütləvi hal almasıdır.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Mariuş Blaşak məlumat verib.

Məlumata görə, müvafiq istiqamətdə aparılan işlər çərçivəsində sərhəddə hündürlüyü 2,5 metrə çatacaq səddin inşası planlaşdırılır. Sədd bir neçə qatlı tikanlı məftillərlərdən ibarət olacaq.

Qeyd edək ki, Polşa və Belarus arasındakı dövlət sərhədinin uzunluğu 418 km-dir.

Son xəbərlər