Polkovnik nöqsana yol verdi, Vilayət Eyvazov işdən çıxardı - Yeni təyinatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Binəqədi və Abşeronda polis orqanlarında yeni təyinatlar olub.
BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmrinə əsasən, Binəqədi Rayon 4-cü Polis Şöbəsinin rəis müavini, polis mayoru Zaur Babazadə işdən çıxarılaraq Qobu Polis Bölməsinə rəis təyin olunub.
Bundan başqa, Abşeron Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki İsa Babaşovun fəaliyyətində yoxlamalar nəticəsində nöqsanlar aşkar olunaraq sərəncama götürülüb.
Nazirin əmri ilə onun yerinə Binəqədi Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Zaur Əliyev gətirilib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...