Politoloq: "Ramiz Mehdiyevin əli 50-dən çox adamın qanına batıb"
"Ramiz Mehdiyevin Azərbaycana vurduğu ziyan çox böyükdür. Ona təkcə Cinayət Məcəlləsinin 3 maddəsi ilə yox, Milli Təhlükəsizlik Konsepsiyasının 16-cı maddəsi ilə də cinayət işi açılmalıdır. Çünki o, həm də siyasi təhlükəsizliyə kölgə salıb".
BAKU.WS "Yeni Sabah"a istinadla xəbər verir ki, bu sözləri politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, indi Ramiz Mehdiyevi tənqid edənlərin əksəriyyəti vaxtilə onun əli ilə vəzifəyə təyin olunanlardır:
"Mənim Ramiz Mehdiyevə yazığım gəlir. O, prezidentli respublika olan Azərbaycanda "dövlət şurası"nın yaradılmasını gündəmə gətirir. Bu, diktatura yaratma cəhdidir".
Politoloq vurğulayıb ki, Ramiz Mehdiyev Azərbaycanda avtokratik hakimiyyət formalaşdırmaq istəyib: "Ramiz Mehdiyev uzun müddət Prezident Aparatının rəhbəri olub. Ramiz Mehdiyev və indi onu söyənlər vaxtilə bizə qarşı "səlib yürüşü"nı çıxmışdı. Bizi "müxalifət" adlandırırdılar. Sonra məlum oldu ki, müxalifət elə Ramiz Mehdiyev və yanındakılardır. Halbuki biz dövlətə yox, Ramiz Mehdiyevə müxalif olmuşuq. Dövlətə müxalif elə Ramiz Mehdiyevin özüdür. Adam 50 nəfərdən ibarət "dövlət şurası" yaradır və parlamenti 7 ilə yenidən seçib özü üçün dövlət formalaşdırır. Bu, o deməkdir ki, Azərbaycanda tam yeni bir avtokratik hakimiyyət formalaşmalıdır və bu "Qoca qurd" da onun başında durmalıdır. Onun Rusiyaya yazdığı məktuba diqqətlə baxın. Orada irəli sürülən bütün müddəalar Qənimət Zahid, Qurban Məmmədov, Tural Sadıqlı və xaricdən Azərbaycanı söyənləri digər şəxslərin dedikləri ilə eynidir. Deməli, bu adamlar birmənalı şəkildə Ramiz Mehdiyevin təbliğatçılarıdır".
C.Nuriyev qeyd edib ki, Azərbaycanda "5-ci kolon" daha dərin qatlarda yerləşib: "Ramiz Mehdiyev mən və mənim kimi, 100-ə yaxın adamın həyatını məhv etdi. Bizi tamamilə hər yerdən uzaqlaşdırdılar. Hadisələrin gedişi göstərir ki, Azərbaycanda "5-ci kolon" daha dərin qatlarda yerləşib. Əvvəllər Ramiz Mehdiyevin yerləşdirdiyi kadrlar olduğu iddia edilən 800 nəfərdən söhbət gedirdisə, indi 2 000-dən çox olduğu deyilir. Bu qədər adamı müəyyən etmək çox vaxt aparacaq. "5-ci kolon" axtarırlarsa, parlamentə baxsınlar. Onların bəziləri özünü tələm-tələstik üzə çıxmaqla ifşa etdi. Səhv etmirəmsə, Milli Məclisdə 40 civarında deputat birbaşa onun xeyir-duası ilə seçilib. Hökumətdə nazirlər və onların müavinləri arasında da bu qəbildən olanlar var. Vaxtilə Ramiz Mehdiyev tərəfindən birbaşa təyin olunmuş icra başçıları, polis rəisləri, prokurorlar, hakimlər də az deyil. Onlar hamısı Ramiz Mehdiyevin adamlarıdır. 30 ildir Ramiz Mehdiyev bizə zülm edir. Onun əli 50-dən çox adamın qanına batıb".
Qeyd edək ki, Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişi planı ilə bağlı Rusiyanın müəyyən dairələrinə göndərdiyi məktub üzə çıxıb. Məktubun mətninə görə, o, ölkədə hakimiyyətin üç qolunun - qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə nəzarəti xüsusi "Dövlət Şurası" adlı quruma həvalə etməyi təklif edib.
Məktubda qeyd olunur ki, "Dövlət Şurası" 50 nəfərdən ibarət olmalı və bu üzvlər təcrübəli dövlət xadimləri, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət nümayəndələrindən seçilməlidir. Sözügedən 50 nəfərin siyahısı məlum deyil.
Oxşar xəbərlər
Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir
Bu gün Türkiyə Respublikasının qurulmasının 102 illiyidir. 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib. İki il sonra - 1925-c...