Polad Bülbüloğlu geri çağırılıb? - Səfirlikdən AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Rusiyadakı Səfirliyi “Polad Bülbüloğlu geri çağırılır” başlığı ilə yayılan məlumatlara aydınlıq gətirib.
BAKU.WS xəbər verir ki, səfirlikdən trend-ə bildirilib ki, yerli saytlardan birində dərc edilmiş bu xəbərin heç bir əsası yoxdur.
“Polad Bülbüloğlu geri çağırılır” başlıqlı xəbərlə bağlı bildiririk ki, “özəl” kimi təqdim edilən, daha çox oxucu cəlb etmək məqsədini güdən və söz yığınından ibarət yazının heç bir əsası yoxdur.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının səfirlərinin təyinatı məsələsi dövlətimizin başçısının səlahiyyətindədir. Prezidentimiz isə nəyi necə, nə vaxt etmək lazım olduğunu hər kəsdən yaxşı bilir.
Azərbaycanın Rusiyadakı səfirinin geri çağırılmasını “zəruri edən” “maliyyə pozuntuları” iddiası isə saytın istinad etdiyi mənbənin “zəngin” və xəstə təxəyyülündən xəbər verir. Belə ki, 2006-cı ildən Səfirlikdə aidiyyəti qurumlar tərəfindən bir neçə dəfə aparılmış maliyyə yoxlamalarının sonuncusu 2019-cu ildə həyata keçirilmiş və heç bir ciddi nöqsan aşkarlanmamışdır.
Yalan xəbəri yayan saytın əməkdaşlarının diqqətinə çatdırırıq ki, istənilən məlumatı dərc etməmişdən öncə həmin xəbəri hərtərəfli araşdırmaq lazımdır. Yalnız bu halda “özəl xəbər ünvanı” şüarına layiq ola bilərlər. Əks təqdirdə bu, “yalan xəbər ünvanı” şüarına çevrilə bilər", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...