Plastik əməliyyat etdirən 22 yaşlı modelin sinəsi çürüyür - FOTO
Böyük Britaniyalı model Kloi Rouz plastik əməliyyat qurbanı olub.
BAKU.WS xəbər verir ki, o, ötən həftə Türkiyədə sinə böyütmə əməliyyatı etdirib. Model bunun üçün 108 min lirə (təxminən 6058 AZN) ödəyib.
Bundan sonra 22 yaşlı modelin sinə uclarında qan dövranı normal olmayıb. Nəticədə həmin hissədə çürümə baş verib.
Ona kömək etmək üçün "GoFundMe" adlı fond yaradılıb. Kampaniya zamanı 308 min lirə (təxminən 17 min 278 AZN) yığılıb.
Kloi təcili əməliyyat üçün Manchesterdakı xəstəxanalardan birinə yerləşdirilib. O, sosial şəbəkə hesabında başına gələnləri izləyiciləri ilə bölüşüb. Ağır vəziyyətdə olan model Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.
Qalereya
Oxşar xəbərlər
Viktoriya Bekhem bu plastik əməliyyatı etdirdiyi üçün peşmandır - FOTO
Keçmiş ingilis futbolçu Devid Bekhem həyat yoldaşı Viktoriya Bekhem yeni açıqlaması ilə gündəm olub. BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o bir zaman...