Peter Mixalko Heydər Əliyevin 100 illik yubileyi münasibətilə paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tviterdə paylaşım edib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycanın eks-prezidenti Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə onun 1996-cı il aprelin 22-də Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin imzalanması zamanı səsləndirdiyi sözləri sitat gətirmək istərdim:
“Aİ və Aİ-yə üzv dövlətlərin demokratiyanın inkişafı və xalqlarının rifahının yüksəldilməsi sahəsində əldə etdiyi nailiyyətlər digər ölkələr üçün parlaq nümunədir”, - P.Mixalko qeyd edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...