Peskov: “Rusiya Azərbaycan rəhbərliyinin idmanın siyasiləşdirilməsinin yolverilməzliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Rusiya idmanın siyasiləşdirilməsinin yolverilməz olduğunu dəfələrlə bəyan edib və Azərbaycan rəhbərliyinin oxşar mövqeyini yüksək qiymətləndirir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.
“Azərbaycan rəhbərliyinin mövqeyini yüksək qiymətləndiririk və bu mövqeyi bölüşürük”, - o vurğulayıb.
Daha əvvəl Qoşulmama Hərəkatı Bakıda keçirilən nazirlər görüşünün yekunlarına əsasən 2024-cü ildə Parisdə təşkil olunacaq Olimpiya Oyunları ilə bağlı xüsusi bəyannamə qəbul edib.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...