Peskov Moskva ilə Kiyev arasında danışıqlar üçün heç bir zəmin olmadığını açıqlayıb
06
iyn
2024
22:10
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov ölkəsi ilə Ukrayna arasında sülh danışıqlar üçün heç bir zəmin olmadığını bildirib.
“Report” xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi “İzvestiya” qəzetinə müsahibəsində söyləyib.
“İndi danışıqlar prosesinin başlaması üçün heç bir zəmin yoxdur. Kiyev rejimi hələ də danışıqlar prosesinin bütün qapılarını tamamilə bağlayıb”, – Peskov irəli sürüb.
O iddia edib ki, Moskva “xüsusi hərbi əməliyyat vasitəsilə hədəflərinə çatmağa davam edir”.
Oxşar xəbərlər
“Crocus”dakı terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşib
Moskva vilayətindəki “Crocus City Hall” konsert zalında baş vermiş terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşib. “Report” xəbər verir ki, bu barəd...