Paşinyanın Putinlə görüşündə TRIPP layihəsi müzakirə olundu
Ermənistan ABŞ ilə "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə konstruktiv ikitərəfli danışıqlar aparır, lakin burada Ermənistan-Rusiya münasibətlərinə aid olan bir çox nüanslar var.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının qeyri-rəsmi sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə keçirilən ikitərəfli görüşdə bildirib.
"Hazırda ABŞ ilə TRIPP layihəsinin tətbiqi və tikintisi ilə bağlı çox konstruktiv ikitərəfli danışıqlar aparırıq. Bunlar bölgəmizdə həqiqətən əhəmiyyətli və mənalı dəyişikliklərdir. Burada Rusiya Federasiyası ilə ikitərəfli münasibətlərimizlə bağlı bir çox nüans var. Düşünürəm ki, bu gün bütün bunları müzakirə etmək üçün çox yaxşı fürsətdir", - deyə Ermənistan hökumətinin başçısı qeyd edib.
Oxşar xəbərlər
Alyona Əliyeva Yaşama Dəstək Mərkəzindən görüntülər paylaşıb
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Yaşama Dəstək Mərkəzində olub. BAKU.WS xəbər verir ki, A.Əliyeva sosial şəbəkə hesabında mərkəzdən görüntülər pay...