Paşinyanı devirmək üçün mənfur plan: Rusiya Qarabağdan könüllü köçən erməniləri "əzizləyir"

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı növbəti təxribat xarakterli materiallar yayımlanıb.
Verilişdə Ermənistan hökuməti Qarabağdan köçən erməniəsilli şəxslərə yardım etməməkdə ittiham olunub. Guya onlar məcburi şəkildə Qarabağdan çıxarılıblar. Lakin məlumdur ki, həmin şəxslər könüllü şəkildə Azərbaycan ərazisindən çıxıblar.
Daha diqqətçəkən məqam isə odur ki, beynəlxalq hüquqa zidd olaraq, Rusiya dövlət televiziyasında uydurma "Artsax" adından istifadə olunub.
Bəs görəsən, Rusiyanın dövlət televiziyasından Azərbaycanın əleyhinə alət kimi istifadə etməkdə məqsədi nədir?
Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O qeyd edib ki, Rusiyada müəyyən dairələr hələ də öz ənənəvi metodlarına sadiq qalırlar:
"Münasibətlərin normallaşmalı olduğu bir vaxtda qəfil Qarabağdan köçən ermənilərdən danışmağa başlayıblar. Bu isə əslində, Rusiyanın xislətini və mahiyyətini ortaya qoyan bir məsələdir. Uzun müddət idi, bu mövzu səngimişdi, lakin Rusiya yenidən bu cür absurd metodlara əl atdı. Azərbaycanlıları həbs edirlər, mediada bizim əleyhimizə verilişlər yayırlar, hətta deputatları belə bizə qarşı yönəldirlər. Çox təəssüf ki, Rusiya yanlış yolla getməyə davam edir".
Deputat əlavə edib ki, Ermənistanda Qarabağdan gələn qaçqınlara edilən yardımların məqsədi isə gələcəkdə onlardan Paşinyana qarşı seçkilərdə istifadə etməkdir:
"Bu gün Ermənistandakı əsas məqsəd hazırkı hakimiyyəti devirmək və onu Qarabağ məsələsinə görə məsul tutmaqdır. Məhz buna görə də Azərbaycana qarşı qeyri-dost yanaşma və bu fonda təxribatlar davam etdirilir. Amma unudurlar ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladar. Rusiya Azərbaycan kimi dövləti itirməməlidir.
Azərbaycan Rusiyanın müttəfiqidir və müttəfiqə qarşı bu cür münasibət sərgiləmək yolverilməzdir. Təəssüf ki, mövcud münasibət məhz bu cürdür və qeyd etdiyimiz kimi, bu yanaşma daha çox elə Rusiyanın özü üçün zərərlidir. Belə vəziyyətlərdə əziyyət çəkən biz yox, elə Rusiya dövləti olacaq".
Oxşar xəbərlər
Rusiyadan Azərbaycana qarşı təxribat: Dövlət televiziyası yenə sərsəmlədi
Son günlər Rusiya dövlət televiziyalarında yayımlanan bəzi süjetlər və verilişlər Azərbaycana qarşı açıq-aşkar qərəzli mövqe nümayiş etdirir. Bu materiallarda h...