Paşinyan: Ermənistan və Azərbaycanın enerji sistemləri TRIPP çərçivəsində birləşdiriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan və Azərbaycanın enerji sistemləri "Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində birləşdiriləcək və bərabər şərtlərlə ixrac-idxal əməliyyatları üçün mümkün şəraitdən qarşılıqlı fayda əldə edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O, Ermənistanın artıq qarşılıqlı faydanın bir hissəsini əldə etdiyini, benzinin 20 % ucuzlaşdığını söyləyib.
"Ermənistana buğda idxal edirlər, bu qarşılıqlı fayda deyilmi? Hazırda Azərbaycanda bunu izləyirlər, amma Ermənistan parlamentində kimsə qarşılıqlı faydanın bir hissəsinin artıq əldə edildiyini görəcəkmi", - o qeyd edib.
Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan arasında hərbi eskalasiya praktiki qeyri-mümkün hesab olunur.
"Bu gün, 21 yanvar 2026-cı il tarixinə olan vəziyyətə görə, Ermənistan-Azərbaycan sərhədi boyunca tam sülh hökm sürür", - o, Ermənistanın Xarici Kəşfiyyat Xidmətinə istinadla bildirib.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...