Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək.
Bu barədə "Report"un ABŞ bürosuna BMT Baş Assambleyası Prezidentinin sözçüsü Şaron Birç məlumat verib.
Onun sözlərinə görə, Paşinyan sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının kürsüsünə çıxacaq və natiqlər siyahısında 9-cu olacaq.
Qeyd edək ki, hazırda BMT-nin Nyu-Yorkdakı əsas qərargahında keçiriləcək Baş Assambleyanın "Yüksək Səviyyəli Həftə"sinə ciddi hazırlıqlar gedir.
Dünya liderlərini bir araya gətirən "Yüksək Səviyyəli Həftə" sentyabrın 23-də işə başlayacaq. Ənənəyə uyğun olaraq, Braziliya Prezidenti açılış nitqi ilə çıxış edəcək, sonra isə ABŞ Prezidenti Donald Tramp nitq söyləyəcək.
Bu il 80-ci dəfə keçiriləcək "Yüksək Səviyyəli Həftə"də BMT-yə üzv 193 ölkədən dövlət və hökumət başçıları, eləcə də bəzi ölkələrin xarici işlər nazirləri iştirak edəcək. Tədbirin sentyabrın 30-dək davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman
Prezident İlham Əliyev "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsəl...