Paşinyan: “Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Erməni xalqını qurbanlıq qoyun statusundan çıxarmaq lazımdır”.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ ətrafında vəziyyətlə bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti müharibəni dayandırmağa çalışmadığı üçün tənqid edilir, lakin bu, belə deyil.
O qeyd edib ki, əsas döyüşlər Şuşa uğrunda gedib:
“Şuşa olmadan müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün deyildi. Bu, sadəcə olaraq mümkünsüz idi. Mən bu barədə dəfələrlə demişəm”.
“İfadəmə görə üzr istəyirəm, biz yol açırıq ki, xalqımızı qurbanlıq qoyun statusundan çıxaraq... Müharibə olub-olmayacağına qərar verməmişik, heç nəyə qərar verməmişik. Bu gün mən deyirəm ki, Ermənistan suveren ölkədir və biz nəyisə həll etmək hüququnu özümüzə qaytarmalıyıq. Çünki biz bir ölkəyik, axur deyil. Biz müxtəlif yerlərdə bizi neçə dəfə və necə kəsəcəklərinə və ya bağışlayacaqlarına qərar verəcəkləri qurbanlıq qoyun deyilik, biz vətəndaşıq”, - deyə Paşinyan bildirib.
Oxşar xəbərlər
Paşinyan hakimiyyəti Qərb mediasının hədəfində
Janna Kavelye deyir ki, Paşinyan jurnalistləri “qatil”, erməni media məkanını isə “zibilxana” adlandırıb. Amma özü qəzetin baş redaktoru olub. Bu cür düşmənçili...