Paris metrosunda ROBOT İT İŞƏ BAŞLADI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müasir dövrdə texnologiyanın sürətlə inkişafı ilə artıq həyatımıza robotlar da daxil olur. Onlar istehsalçı şirkətlərdən müxtəlif qiymət müqabilində alınaraq müəyyən sahələrdə işləri görmək üçün istifadə edilirlər.
BAKU.WS xəbər verir ki, belə robotlardan biri 100 illik tarixi olan Paris metrosunda işə başlayıb. Onun buradakı öhdəliyi metro xəttinin düzgün fəaliyyətini təmin etməkdir.
Metropoliten rəhbəri onun 110 min dollara (təxminən 187 000 AZN) satın alındığını bildirib.
Boyu bir metrdən az olan robot itin 40 kiloqram çəkisi var. "Perceval" adlı it girilməsi çətin olan tunellərə göndərilir və orada müxtəlif işlər görür.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...