Papikyan: Ermənistan öz problemlərini özü həll etməlidir
Ermənistan öz problemlərini özü həll etməli, eyni zamanda qərarlar arasında balans saxlamalıdır.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Suren Papikyan mətbuat konfransında bildirib.
"Bizim xarici siyasi dəstəyimiz, beynəlxalq legitimliyimiz, müdafiə qabiliyyətli ordumuz və demokratik ölkəmiz olmalıdır", - o qeyd edib.
Papikyan həmçinin bildirib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin dondurulması barədə qərarı legitim hesab edir.
"KTMT-dəki tərəfdaşlarımız öz mövqelərini dəyişmədikcə, bizim münasibətimizin legitimliyi və Ermənistanın maraqlarından irəli gəldiyi hər gün sübut olunur", - o bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər
Prezident İlham Əliyev və Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər. BAKU.WS xəbər verir ki, mərasim Rus Dram Teatrında keçirilir...