Papa Fransisk əməliyyat oldu

Papa Fransisk əməliyyat oldu
Siyasət 62

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk əməliyyat olunub.

BAKU.WS xəbər verir ki, onun qarnındakı kəsik nəticəsində yaranan yırtıq səbəbiylə qarın divarına protez qoyulub.

Məlumata görə, əməliyyat heç bir problem yaşanmadan baş tutub və 3 saat çəkib.

Papa Fransiski əməliyyat edən həkim Sergio Alfieri mətbuata açıqlamasında, “Papa yaxşıdır, oyaq vəziyyətdədir. Mənə ilk zarafatını da, “üçüncü əməliyyatı nə vaxt edirik?”, - deyərək etdi”, - deyə bildirib.

Qeyd edək ki, Papanın əməliyyatı ilə əlaqədar bütün fəaliyyətləri iyunun 18-dək dayandırılıb.

Son xəbərlər