“Pandemiya Azərbaycanla sərhədlə bağlı danışıqları uzadıb” - Gürcüstanın XİN başçısı

“Pandemiya Azərbaycanla sərhədlə bağlı danışıqları uzadıb” - Gürcüstanın XİN başçısı
Siyasət 108

“Pandemiya səbəbindən Gürcüstan və Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası ilə bağlı danışıqlar uzanıb”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramovla keçirdiyi görüşdən sonra bildirib.

Onun sözlərinə görə, pandemiya dövrü başa çatandan sonra danışıqlar daha fəal davam etdiriləcək: “Əminəm ki, bu məsələnin hər iki dövlətin milli maraqları nəzərə alınmaqla məqbul həlli tapılacaq”.

Son xəbərlər