Pakistanda kömür mədənində partlayış olub, ölənlər var
05
fev
2022
20:04
Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Sinhua" agentliyi regionun təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması idarəsinə istinadən xəbər verib.
Məlumata əsasən, mədəndə baş verən partlayış nəticəsində 5 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan 3-nün vəziyyəti ağırdır.
Bildirilir ki, partlayışa səbəb metan qazının toplanması olub. Yerli hakimiyyət orqanları hadisənin baş vermə səbəbini araşdırmaq üçün mədəni bağlayıb.
Oxşar xəbərlər
Pakistanda zəlzələ: 20 nəfər həyatını itirdi - VİDEO
Pakistanın cənubundakı Bəlucistan əyalətində zəlzələ baş verib. BAKU.WS BBC-yə istinadən xəbər verir ki, təbii fəlakət zaman 20 nəfər həyatını itirib, yüzlərlə...