Pakistan XİN başçısı: “İranın zərbəsinə cavab vermək hüququnu özümüzdə saxlayırıq”
Rəsmi İslamabad İranın Pakistan ərazisinə hərbi hücumuna cavab vermək hüququnu özündə saxlayır.
"Report"un məlumatına görə, bunu Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığında deyib.
Pakistanın bu hücumu qeyd-şərtsiz pislədiyini bildirən XİN rəhbəri insidentin ölkələr arasında ikitərəfli münasibətlərə ciddi ziyan vurduğunu əlavə edib. Nazir qeyd edib ki, Pakistan bu təxribatçı hərəkətlərə cavab vermək hüququnu özündə saxlayır.
Qeyd edək ki, yanvarın 17-də İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Pakistana dron və raketlərlə zərbələr endirib.
Oxşar xəbərlər
İran və Pakistan XİN başçıları bölgədəki son gərginliyi müzakirə ediblər
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan pakistanlı həmkarı Cəlil Abbas Cilani ilə telefonla danışıb. “Report” xəbər verir ki, bu barədə İran Xarici İş...