Pakistan XİN-ə müvəqqəti rəhbər təyin edilib
17
avq
2023
18:39
Pakistanın ABŞ-dakı keçmiş səfiri Cəlil Abbas Cilani ölkənin müvəqqəti xarici işlər naziri təyin edilib.
"Report" xəbər verir ki, bu barədə “Business Recorder” qəzeti Pakistanın İnformasiya Nazirliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Pakistan Dövlət Bankının keçmiş rəhbəri Şəmşad Axtar müvəqqəti maliyyə və gəlirlər naziri təyin olunub.
Bundan əvvəl İslamabaddakı prezident sarayında Pakistanın müvəqqəti nazirlər kabinetinin andiçmə mərasimi keçirilib. Müvəqqəti hökumət üzvlərinin andını prezident Arif Alvi qəbul edib.
Oxşar xəbərlər
Pakistan Prezidenti parlamenti buraxıb
Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı (parlamentin aşağı palatası - Red) buraxıb. BAKU.WS “Report”a istinadən xəbər...