Pakistan səfiri: "Mülki əhalini hədəf almaq qəbuledilməzdir və şiddətlə qınanmalıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mülki əhalini hədəf almaq qəbuledilməzdir və şiddətlə qınanmalıdır".
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee bildirib:
"Yaşayış məntəqəsinə atılan ballistik raketlərin səbəb olduğu dağıntının nəticəsini görmək üçün diplomatik korpuslarla birlikdə Gəncəni ziyarət etdim. Pakistan itki verən ailələrə başsağlığı verir. Mülki insanları hədəf almaq qəbuledilməzdir və şiddətlə qınanmalıdır", - deyə pakistanlı diplomat qeyd edib.
Qeyd edək ki, Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncədə Ermənistan ordusunun ötən gecə raket atəşinə tutduğu əraziyə gediblər. Diplomatlar tamamilə dağılmış, ciddi ziyan görmüş evlərə, mülki obyektlərə baş çəkiblər.
Xatırladaq ki, Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.
İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.
Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...