Pablo Pikassonun əl işləri hərracda 109 milyon dollara satılıb

Pablo Pikassonun əl işləri hərracda 109 milyon dollara satılıb
Siyasət 100

Kubizmin banisi Pablo Pikassonun (1881-1973) əsərləri bazar günü Nevada ştatının Las-Veqas şəhərində 108,9 milyon dollara satılmışdır.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə hərracın təşkilatçıları Sotheby's evindən bildirilib.

Hərraca bir müddət əvvəl Bellagio otelindəki Pikasso restoranında nümayiş etdirilən 11 əsər təqdim olunub.

Ən bahalı lot model Maria-Tereza Valterin təsvir olunduğu “Qırmızı-narıncı beretli qadın” (Femme au beret rouge-orange, 1938) əsəri olub. 30 milyon dollar qiymətində dəyərləndirilən portret 40.479 milyon dollara satılıb.

Son xəbərlər