PA-nın sektor müdiri: Minalar itkin düşmüş şəxslərin tapılmasına mane olur
Yeniliklərdən dərhal xəbərdar olun
"Ölkəmizin üzləşdiyi əsas problemlərdən biri Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxslərlə bağlıdır"
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslər probleminə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, 3 900-ə yaxın vətəndaş itkin düşmüş hesab olunur: "Onlardan 6 nəfəri Vətən müharibəsi nəticəsində itkin düşüb. Etibarlı mənbələrə əsasən deyə bilərik ki, itkin düşmüş şəxslər uzun illər ərzində ağır işgəncələrə məruz qalıb, kütləvi məzarlıqlarda dəfn olunub. İndiyə kimi 10 kütləvi məzarlıq aşkarlanıb. Minalar, təəssüf ki, bu məsələ ilə bağlı da səylərimizə mane olur".
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...