Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, təbrik məktubunda deyilir:
"Möhtərəm xanım, Zati-aliləri.
Bütün müsəlman ümmətinin böyük sevinc və şadlıqla qarşıladığı mübarək Ramazan bayramı münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin ehtiramımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Uca Allah bütün dualarınızı, arzularınızı, ehsanlarınızı və xeyirxah əməllərinizi qəbul etsin, qardaş xalqlarımız arasındakı əzəli dostluq və mehribanlıq telləri daha da möhkəmlənsin.
Möhtərəm zanım, Zati-aliləri, qəlblərimizin mübarək Ramazan ayının nur və bərəkətindən işıqlandığı bu əlamətdar bayram günündə Sizə möhkəm cansağlığı, ailə səadəti, ocağınıza bərəkət və bolluq arzulayıram".
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Erməni düşüncəsinə görə, Türk öldürülməlidir
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin...
