Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək
Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtı bəzəyəcək və yeni Özbəkistanın gücünü nümayiş etdirəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirib.
Mirziyoyev qeyd edib ki, ölkənin əsas dövlət bayramının Yeni Daşkənddə keçirilməsi onun təntənəsini daha da artırır.
Ötən gün burada Özbəkistanın Yeni Universitetinin, Nizami adına Milli Pedaqoji Universitetinin və Özbəkistan Milli Kitabxanasının binalarının açılışı olub. Prezidentin sözlərinə görə, gələcəkdə bu rayon elm, təhsil və mədəniyyət mərkəzinə çevriləcək.
"Mən əminəm ki, Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtımızı bəzəyəcək və qurduğumuz yeni Özbəkistanın gücünü nümayiş etdirəcək", - Mirziyoyev deyib.
O həmçinin qeyd edib ki, ölkə sakinləri bu rayonda bir çox sevincli və tarixi hadisələrin şahidi olacaqlar.
Mərasimdə həmçinin, dünyanın ən hündür musiqili fəvvarəsi kimi Ginnesin Rekordlar Kitabına daxil edilmiş musiqili fəvvarənin açılışı planlaşdırılır.
Oxşar xəbərlər
Mirziyoyev ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki məqsədləri barədə danışıb
Özbəkistan 2027–2029-cu illərdə ilk dəfə Qoşulmama Hərəkatına rəhbərlik edəcək və təşkilatın səmərəliliyini artırmaq üçün öz sədrliyindən istifadə etmək niyyəti...