Ötən həftə azad olunan ərazilərdə 84 mina zərərsizləşdirilib
Azad olunan ərazilərdə noyabrın 4-dən 10-na qədər 33 tank əleyhinə mina, 51 piyada əleyhinə mina, 185 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 545.3 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Oxşar xəbərlər
Burhanettin Duran: Azərbaycan xalqı 20 Yanvar gecəsində dünyaya zülmə təslim olmayacağını göstərdi
Azərbaycan xalqı 20 Yanvar gecəsində bütün dünyaya zülmə təslim olmayacağını və müstəqillik iradəsindən heç vaxt əl çəkməyəcəyini göstərdi. Bunu Türkiyə Prezide...