"Oskar" alan məşhur balıq tutarkən vəfat etdi - FOTO

Oskar alan məşhur balıq tutarkən vəfat etdi - FOTO
Siyasət 4

Oskar mükafatlı ssenarist Devid Seidler 86 yaşında Yeni Zelandiyada balıq tutarkən dünyasını dəyişib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, xəbəri onun meneceri Cef Aqahasi açıqlayıb.

"Devid dünyanın ən çox sevdiyi yerində, Yeni Zelandiyada, sevimli işi ilə məşğul olarkən son nəfəsini verib", - o açıqlamasında deyib.

1937-ci ilin iyulunda Londonda anadan olan Seidler həm Britaniya, həm də ABŞ vətəndaşı idi.

Qeyd edək ki, Devid Seidler "The King's Speech" filminin ssenarisi ilə 2011-ci ildə "Ən yaxşı orijinal ssenari" nominasiyasında Oskar mükafatını qazanıb.

Son xəbərlər