İosif Stalin Şri-Lankanın keçmiş prezidentini dərhal həbs etməyə çağırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kütləvi etirazlara görə vəzifəsini tərk edən Şri-Lankanın keçmiş prezidenti Qotabai Rajapaksa dərhal həbs olunmalıdır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin milli həmkarlar ittifaqının rəhbəri İosif Stalin deyib.
Onun sözlərinə görə, siyasətçi qanun qarşısında cavab verməlidir.
“Qotabai Şri Lankaya qayıtdı, çünki heç bir ölkə onu qəbul etmək istəmir, gizlənəcək yeri yoxdur. O, Şri-Lankanın 22 milyon əhalisinə əziyyət verdiyinə görə dərhal həbs edilməlidir. Keçmiş prezident ölkədəki böhran şəraitində azadlıqda qala və dinc yaşaya bilməz”, - Stalin bildirib.
Oxşar xəbərlər
İran prezidentinin səhvləri ciddi müzakirə mövzusuna çevrilib - VİDEO
Son aylar İran mediasının və ictimai şəbəkə istifadəçilərinin diqqət mərkəzində olan və müxtəlif cəhətlərdən müzakirə edilən mövzulardan biri də ölkə prezidenti...