Orenburqda bir gündə min torpaq sahəsi və evi su basdı

Orenburqda bir gündə min torpaq sahəsi və evi su basdı
Siyasət 3

Rusiyanın Orenburq şəhərində su altında qalan ərazilərin sayı 10,6 minə, evlərin sayı isə 5,5 minə yüksəlib.

Bu barədə Orenburq şəhər administrasiyası məlumat yayıb.

“Aprelin 15-i saat 08:00-a (Moskva vaxtı ilə 06:00) olan məlumata görə, Orenburqda 10 656 təsərrüfat sahəsi və 5 503 ev su altında qalıb. Onlardan 55-i çoxmənzilli binalardır. Gün ərzində daha min təsərrüfat sahəsi və ev su altıda qalıb”, - deyə məlumatda qeyd olunur.

Son xəbərlər