Ordumuzun "Qisas" əməliyyatından kadrlar - Qanunsuz erməni hərbi birləşmələrinin istehkamları belə vuruldu - VİDEO

Ordumuzun Qisas əməliyyatından kadrlar - Qanunsuz erməni hərbi birləşmələrinin istehkamları belə vuruldu - VİDEO
Video
Siyasət 450

Azərbaycanın Ordusunun Qarabağ bölgəsində ermənilərin qanunsuz hərbi birləşmələrin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb.

“Report”un xəbərinə görə, qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 5 üzvü məhv edilib.

Bütün bunlar bir daha sübut edir ki, Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Məhz həmin səbəbdən qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi vacibdir.

Son xəbərlər