Ordumuzun mühəndis-istehkam bölmələri 17 min hektar ərazini minadan təmizlədi - RƏSMİ

Ordumuzun mühəndis-istehkam bölmələri 17 min hektar ərazini minadan təmizlədi - RƏSMİ
Siyasət 52

İşğaldan azad edilmiş ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 17200 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib.

BAKU.WS Müdafiə Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, azad edilmiş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində may ayının 1-dən 19-dək olan müddət ərzində 950 hektardan çox ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə ümumilikdə 140 km-dən artıq yeni təminat yolu çəkilib.

Son xəbərlər