Ordumuzda radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin təlimi keçirilib - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində təlim keçirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Təlimdə qoşunların antiterror əməliyyatını keçirmək üçün başlanğıc vəziyyətini tutması, radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması və yerinə yetirilməsi zamanı bölmələrin idarə edilməsi üzrə fəaliyyətlər icra olunub.
Həmçinin, müxtəlif obyekt və ərazilərdə zəhərləyici maddələri təqlid edən resepturalarla çirklənmiş sahələrdə kimyəvi kəşfiyyatın aparılması, silah, texnika və digər avadanlığın xüsusi təmizlənməsi tapşırıqları bölmələr tərəfindən praktiki yerinə yetirilib, döyüş şəraitinə uyğun aerozol maskalanma fəaliyyətləri məşq etdirilib.
Radiasiya, kimyəvi və bioloji mühafizə tədbirlərinin yerinə yetirilməsi zamanı bölmələrin birgə fəaliyyətinin uzlaşdırılması, səhra vərdişlərinin təkmilləşdirilməsi, eləcə də şəxsi heyətdə yüksək fiziki və psixoloji dözümlüyün aşılanması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...