Onlar Xocavəndə kiçik biznesləri ilə qayıdacaqlar - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticəsi olaraq öz azadlığına qovuşan yurd yerlərinə hazırlaşanlar sırasında Xocavənd sakinləri də var. İşğaldan azad edilən digər ərazilərimizin sakinləri kimi, bu gün onların da sevinci, qürur duyğuları sonsuzdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə bildirilib ki, doğma torpaqlarına qayıtmağa hazırlaşan bu insanların bir çoxu dövlət qayğısının bir təzahürü olaraq nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib.
Proqram çərçivəsində onlara mal və materiallar, avadanlıqlar verilməklə, müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.
Onlar bu kiçik bizneslərini Xocavəndə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər. Dövlətin dəstəyini hər zaman hiss etdiklərini deyən Xocavənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirirlər.
Qalereya
Oxşar xəbərlər
Hərbi qulluqçular “Cəsur döyüşçü” medalı ilə təltif olundu - SİYAHI
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb....