Ondan çox vilayətdə eyni vaxtda əməliyyat - 37 nəfər saxlanıldı

Ondan çox vilayətdə eyni vaxtda əməliyyat - 37 nəfər saxlanıldı
Siyasət 2

Türkiyədə 15 vilayətdə eyni vaxtda həyata keçirilən “Sibergöz-9” əməliyyatlarında 37 nəfə saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Bildirilib ki, fırıldaqçıların bank hesablarında 70 milyon lirəlik hərəkətlilik aşkar edilib:

"İstəyirəm ki, əziz millətimiz bunu bilsin; Futbola və digər idman yarışlarına qeyri-qanuni mərc edənlərin, informasiya sistemlərindən istifadə edərək saxtakarlıq edənlərin arxasınca düşmüşük. Biz onlara dözməyəcəyik".

Gaziantep Kiber Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi tərəfindən, Kiber Cinayətlərlə Mübarizə Şöbəmizin koordinasiyasında Qaziantep, Manisa, Kocaeli, İstanbul, Mersin, Ankara, Adana, Bursa, İzmir, Antalya, Ərzurum, 15 vilayətdə eyni vaxtda həyata keçirilən “Sibergöz-9” əməliyyatlarında İnformasiya Sistemlərindən istifadə edərək dələduzluq cinayəti törədən 37 nəfər müəyyən edilib.

Əməliyyatda silahlar, müxtəlif miqdarda metamfetamin və külli miqdarda rəqəmsal material ələ keçirilib.

Yerlikaya son olaraq əməliyyatları həyata keçirən polis əməkdaşlarını təbrik edib:

"Allah ayağınıza daş dəydirməsin. Millətimizin duaları sizinlədir. Qeyri-qanuni mərc edənlərə qarşı əməliyyatlarımız getdikcə davam edəcək".

Son xəbərlər