Ondan çox ölkə səyahətçiləri Füzuli, Ağdam və Xocavənddə - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir sıra ölkələrin səyahətçiləri Füzuli, Ağdam və Xocavəndə səfər edib.
BAKU.WS xəbər verir ki, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov tviter hesabında yazıb.
“10-dan çox ölkədən olan səyahətçilər "MTP - Most Traveled People" beynəlxalq səyahət klubunun təşkilatçılığı ilə Füzuli, Ağdam və Xocavənd rayonlarına səfər edib. Buradakı dini və tarixi abidələr, dağıdılmış şəhər və kəndlər, aparılan yenidənqurma işləri ilə tanış olublar”, - E.Hüseynov əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Ermənistanın viran qoyduğu Ağdam tezliklə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, xarici diplomatik korpusun işğaldan azad olunmuş ərazilərdə mövcud vəziyyətlə tanışlıq...