Ombudsman yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb - FOTO

Ombudsman yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb - FOTO
Foto
Siyasət 178

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində bayram tədbiri təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Liatris Holdinqin rəhbəri Ruhi Əliyeva, Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri, Penitensiar Xidmətin əməkdaşları, bir sıra QHT-lərin nümayəndələri, habelə Ombudsmanın mentorluq etdiyi “Yüksəliş” müsabiqəsinin qalibi Ləman Qafarzadə iştirak ediblər.

Ombudsmanın Mətbuat xidmətindən BAKU.WS-ə bildiriblər ki, Səbinə Əliyeva tərbiyə müəssisəsində yetkinlik yaşına çatmayan məhkumlarla görüşüb, onları qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək xoş arzularını bildirib, maarifləndirici söhbətlər apararaq müvafiq tövsiyələrini verib. Ombudsman yetkinlik yaşına çatmayanlarla fərdi söhbət aparıb, onların müraciətlərini dinləyib və müəssisə rəhbərliyinə tapşırıqlarını verib.

Tədbir iştirakçıları heykəltəraşlıqla məşğul olan yetkinlik yaşına çatmayanlar tərəfindən 44 günlük Vətən müharibəsinə həsr edilmiş “Dəmir yumruq” kompozisiyası ilə tanış olaraq, məhkumların əl işini yüksək qiymətləndiriblər.

Müəssisədə saxlanılan yetkinlik yaşına çatmayanlara bayram sovqatları, gigiyenik vasitələr və isti geyim paylanılıb.

Penitensiar Xidmətin qadın məhkumlar üçün nəzərdə tutulmuş 4 saylı cəzaçəkmə müəssisəsində məhkum anaları ilə birlikdə saxlanılan körpələrə də bayram hədiyyələri təqdim edilib.

Son xəbərlər