Ombudsman təyyarə qəzası nəticəsində xəsarət almış şəxsləri ziyarət edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilərək "Yeni Klinika"da müalicəsini davam etdirən şəxsləri ziyarət edib.
BAKU.WS xəbər verir ki, bu barədə Ombudsmanın mətbuat xidmətindən bildirilib.
Başçəkmə zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və "Yeni Klinika"nın rəhbərliyi tərəfindən Müvəkkilə müalicə olunan şəxslərin vəziyyəti barədə ətraflı məlumat verilib.
Ombudsman qəza nəticəsində zərər çəkmiş şəxslər üçün yaradılmış şəraitlə tanış olub, onların hər biri ilə fərdi qaydada görüşüb, qayğıları və onları narahat edən məsələlərlə maraqlanıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanı TDT-nin Zirvə görüşündə təmsil edəcək. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pr...